Bank Of Baku

“Xural” qəzetinin baş redaktorunun vəkillərinin vəsatəti qəbul olunmayıb

“Xural” qəzetinin baş redaktorunun vəkillərinin vəsatəti qəbul olunmayıb
# 20 noyabr 2007 14:30 (UTC +04:00)
Bu gün Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə vəkil Rəşid Hacılı baş redaktorun Adolf Hitlerin “Mənim mübarizəm” kitabına yazdığı giriş sözünə rəy vermiş ekspertlərin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Jurnalistin digər vəkili Elçin Sadıqov isə məhkəmə prosesinin açıq keçirilməsi, audio, video və foto çəkilişə icazə verilməsini xahiş edib. Vəsatətlər təmin edilməyib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 283.1-ci (milli irqi sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə rəsmi ittiham olunur. İttihamın irəli sürülməsinə səbəb Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun verdiyi rəydir. Rəydə bildirilib ki, Adolf Hitlerin “Mənim mübarizəm” kitabının tərcümə olunmuş variantında Əvəz Zeynallının Hitlerə rəğbəti hiss olunur. Dağ Yəhudiləri İcmasının rəhbəri Adolf Hitlerin “Mənim mübarizəm” kitabını tərcümə və qəzetdə nəşr etdirdiyinə görə 2004-cü ildə Ə. Zeynallının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldırmışdı. MTN-də həmin vaxt başlanmış cinayət işinə xitam verilsə də, bu ilin avqustunda cinayət işi təzələnib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR