Bank Of Baku

“İki sahil” qəzeti YAP-ın yaranmasının 15 illiyi ilə əlaqədar xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzeti YAP-ın yaranmasının 15 illiyi ilə əlaqədar xüsusi buraxılış hazırlayıb
# 20 noyabr 2007 16:21 (UTC +04:00)
“İki sahil” qəzeti Yeni Azərbaycan Partiyasının yaranmasının 15 illik yubileyi ilə əlaqədar xüsusi buraxılış hazırlayıb. APA-nın xəbərinə görə, nəfis tərtibatlı, rəngli və 32 səhifəlik buraxılışda hakim partiyanın yaranma tarixi, həmin dövrdə Azərbaycanda baş verən xaotik vəziyyət, yenicə müstəqillik qazanmış dövlətimizin ciddi təhlükələrlə üzləşməsi və xalqın nəzərlərinin ümid yeri kimi Heydər Əliyevə dikilməsi, ziyalıların ona müraciəti barədə maraqlı və təhlili yazılar yer alıb. Həmçinin Heydər Əliyevin ziyalıların müraciətinə cavabı da xüsusi buraxılışın baş yazısı kimi verilib: “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur”. Heydər Əliyevin Prezident İlham Əliyevlə bağlı söylədiyi fikirlər də oxuculara çatdırılır: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.
Xüsusi buraxılışda YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədovun, YAP İdarə Heyətinin üzvü, Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənovun, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın, YAP-ın icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlının, partiyanın İdarə Heyətinin üzvləri Kərim Kərimov və Abel Məhərrəmovun, YAP Siyasi Şurasının üzvləri Eldar İbrahimov, Ağabəy Əsgərov, Aydın Mirzəzadə və digərlərinin maraqlı yazıları da geniş yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR