Bank Of Baku

Mətbuat Şurasında ABŞ səfiri ilə görüş keçirilib

Mətbuat Şurasında ABŞ səfiri ilə görüş keçirilib
# 21 noyabr 2007 15:20 (UTC +04:00)
Dünən Mətbuat Şurasının ofisində qurumun İdarə Heyətinin üzvləri ilə ABŞ səfiri Enn Dersi arasında görüş keçirilib. Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, tərəflər Azərbaycanda söz və mətbuat azadlığının durumu, medianın problemləri və onların həlli yolları ətrafında iki saatlıq geniş diskussiya aparıblar. MŞ sədri Əflatun Amaşov indiyədək bu istiqamətdə görülən işlərlə bağlı amerikalı səfiri məlumatlandırıb. Diplomat xüsusilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini misal çəkərək Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətin onu ciddi narahat etdiyini vurğulayıb. O, internet resurslarının nəzarətdə saxlanacağı ilə əlaqədar gedən söhbətlərin də narahatlıq yaratdığını deyib. Ə. Amaşov isə bildirib ki, jurnalistlərin həbsi Mətbuat Şurasını da ciddi narahat edir: “Biz ümumiyyətlə, media təmsilçilərinin sözə görə həbsinin tərəfdarı deyilik. Bununla yanaşı, vətəndaşların da şərəf və ləyaqətinin mediada alçaldılmasını yolverilməz hesab edirik. Şura həmin jurnalistlərin istisna hal kimi azadlığa buraxılmaları ilə əlaqədar ölkə rəhbərliyinə müraciətlər ünvanlayıb”. Sədr ümidvar olduğunu bildirib ki, tezliklə həbsdəki jurnalistlər öz doğmalarına qovuşacaqlar. Tərəflər dialoqun əhəmiyyətini, təkliflərin əhatəli və məzmunlu olduğunu nəzərə alaraq belə görüşlərin vaxtaşırı keçirilməsini qərara alıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR