Bank Of Baku

“Bakı-Xəbər” qəzetinin növbəti sayını çapa hazırlamaq mümkün olmayıb

“Bakı-Xəbər” qəzetinin növbəti sayını çapa hazırlamaq mümkün olmayıb
# 21 noyabr 2007 15:32 (UTC +04:00)
“Bakı-Xəbər” qəzetinin yerləşdiyi əraziyə elektrik enerjisinin verilməsi dayandırıldığından, qəzetin növbəti sayını çapa hazırlamaq mümkün olmayıb. Baş redaktor Aydın Quliyevin APA-ya verdiyi məlumata görə, bu gün səhərdən redaksiyanın yerləşdiyi Yasamal rayonu, Zərdabi küçəsi-68 ünvanına yaxın bütün ərazinin işıqları söndürülüb. A. Quliyev günün sonuna kimi elektrik enerjisinin bərpa olunmadığını və buna görə də qəzeti çapa hazırlaya bilmədiklərini qeyd edib: “Hər hansı problem olmasa, sabahdan qəzetin nəşri bərpa ediləcək. Biz aidiyyəti qurumla əlaqə saxladıq və bizə bildirdilər ki, yarımstansiya təmir olunduğu üçün işıqlar söndürülüb”. Baş redaktor artıq bir neçə dəfə analoji problemə görə qəzetin nəşr edilə bilmədiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR