Bank Of Baku

Söz Azadlığını Müdafiəsi Komitəsinin təşəbbüsü ilə 10 dekabr - Beynəlxalq İnsan Haqları Gününə təyin olunmuş mitinqin dəyişdirilib

Söz Azadlığını Müdafiəsi Komitəsinin təşəbbüsü ilə 10 dekabr - Beynəlxalq İnsan Haqları Gününə təyin olunmuş mitinqin dəyişdirilib
# 21 noyabr 2007 16:18 (UTC +04:00)
Söz Azadlığını Müdafiəsi Komitəsinin təşəbbüsü ilə 10 dekabr - Beynəlxalq İnsan Haqları Gününə təyin olunmuş mitinqin vaxtı dekabrın 9-na dəyişdirilib. Bu barədə APA-ya mitinq komitəsinin rəhbəri, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib. Onun sözlərinə görə, mitinqin dekabrın 10-na bazar ertəsinə təyin olunmasının səbəbi türk dövlətlərinin toplantısının 7-9 dekabrda keçirilməsinin nəzərdə tutulması ilə bağlı olub: “Çünki belə tədbirlər olanda kütləvi aksiyalara icazə verilmir. Həmin toplantının vaxtı dəyişdiyindən biz düşündük ki, aksiyanın bazar günü keçirilməsinə heç bir problem yaradılmayacaq”. Aksiyanın Ukrayna meydanında saat 14:00-dan 17:00-a kimi keçirilməsi nəzərdə tutulub. E. Namazovun sözlərinə görə, mitinqin ssenarisi “Dalğa” Gənclər Hərəkatı tərəfindən hazırlanacaq. Komitə sədri aksiyanın yalnız ictimai təşkilatlar tərəfindən təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu işdə siyasi partiyalar iştirak etmir: “Amma partiyalar mitinqdə iştirak üçün dəvət ediləcək”. Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək müraciət isə “Azərbaycan Naminə” İctimai Forum, “Turan” İnformasiya Agentliyi, İnsan Haqları üzrə Monitorinq Qrupu, Azərbaycan Ziyalı Hərəkatı və “Dalğa” Gənclər Hərəkatının adından imzalanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR