Bank Of Baku

Jurnalistlər arasında “Azərbaycan Ordusu: reallıqlar, gerçəkliklər” mövzusunda elan edilmiş müsabiqəyə yekun vurulub

Jurnalistlər arasında “Azərbaycan Ordusu: reallıqlar, gerçəkliklər” mövzusunda elan edilmiş müsabiqəyə yekun vurulub
# 22 noyabr 2007 13:12 (UTC +04:00)
Bu gün Azərbaycanın bir qrup hərbi yönümlü qeyri-hökumət təşkilatı tərəfindən jurnalistlər arasında “Azərbaycan Ordusu: reallıqlar, gerçəkliklər” mövzusunda elan edilmiş müsabiqəyə yekun vurulub. APA-nın məlumatına görə, müsabiqənin təşkilatçılarından olan “Ehtiyatda və İstefada Olan Zabitlər” Birliyinin sədri Yaşar Cəfərli layihənin Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə həyata keçirildiyini qeyd edib. Öncə müsabiqənin müddətinin oktyabrın 1-də başa çatmasının planlaşdırıldığını deyən Y. Cəfərlinin sözlərinə görə, sonradan Müdafiə Nazirliyi, Daxili Qoşunlar və digər hərbi qurumların nümayəndələrinin də iştirakı nəzərə alınaraq müddət oktyabrın sonuna qədər uzadılıb. Müsabiqədə ümumilikdə 11 jurnalist 46 məqalə ilə iştirak edib. Bu məqalələr 18 qəzet və 2 saytda dərc edilib. Y. Cəfərli 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı ildönümü münasibəti ilə ordunun uğurlarına həsr olunmuş növbəti müsabiqənin keçirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.
Daha sonra müsabiqənin qalibləri elan edilib. Birinci yerə “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Anar Miriyev, ikinci yerə “Ayna-Zerkalo” qəzetlərinin əməkdaşı Cəsur Məmmədov, üçüncü yerə 2 nəfər APA İnformasiya Agentliyinin əməkdaşı Rəşad Süleymanov və “Bakı-Xəbər” qəzetinin əməkdaşı Vüsalə Rüstəmova layiq görülüblər. Müsabiqədə fərqlənmiş yazıların sahiblərinə isə hədiyyələr təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR