Bank Of Baku

Mətbuat Şurası “Media və din” mövzusunda dəyirmi masa keçirəcək

Mətbuat Şurası “Media və din” mövzusunda dəyirmi masa keçirəcək
# 22 noyabr 2007 14:24 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası (MŞ) konkret sahələr üzrə apardığı monitorinqlərin nəticələrinə dair silsilə dəyirmi masalarını reallaşdırmaqdadır. MŞ-dan APA-ya verilən məlumata görə, noyabrın 23-də MŞ-nin ofisində düzənlənəcək növbəti tədbir “Media və din” adlanır. Saat 12:00-da başlanacaq bu dəyirmi masada MŞ İdarə Heyətinin üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul nümayəndələri, tanınmış ekspertlər və media təmsilçiləri iştirak edəcəklər. Tədbirdə Şuranın son aylarda bu sahədə apardığı monitorinqin nəticələri açıqlanacaq, dini məsələlərin işıqlandırılmasında özünü qabarıq göstərən tendensiyalar və digər aktual cəhətlər ətrafında geniş diskussiyalar açılacaq, fikir mübadilələri ediləcək, media nümayəndələrinə tövsiyələr veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR