Bank Of Baku

Əflatun Amaşov Beynəlxalq Jurnalistlər İnstitutunun direktoru Yohan Fritsi qəbul edib

Əflatun Amaşov Beynəlxalq Jurnalistlər İnstitutunun direktoru Yohan Fritsi qəbul edib
# 22 noyabr 2007 14:40 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Söz Azadlığını Müdafiə Fondunun Bakıda düzənlədiyi beynəlxalq konfransda iştirak etmiş xarici qonaqlarla görüşlər keçirir. MŞ-dan APA-ya verilən məlumata görə, dünən Beynəlxalq Jurnalistlər İnstitutunun direktoru Yohan Frits Şurada olub. Tərəflər əvvəlcə iki günlük tədbirin yekunları, qəbul etdiyi sənədlər, dünya mediasının inkişaf və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadilələri aparıblar. Azərbaycandakı söz və mətbuat azadlığı sahəsindəki vəziyyətdən söhbət açan qonaq həllini gözləyən problemlərə də toxunub və əmin olduğunu bildirib ki, Mətbuat Şurası öncül bir qurum kimi bunların reallaşdırılmasında fəal rol oynayacaqdır. Qonaq Azərbaycan Mətbuat Şurasının iş şəraiti ilə də tanış olub. Şura sədri Ə. Amaşov qurumun yaranma tarixi, strukturu, iş planları, həyata keçirdiyi tədbirlər, xarici əlaqələri, ölkə mediasının durumunun yaxşılaşdırılması sahəsindəki səyləri barədə ətraflı söhbət açıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR