Bank Of Baku

Azərbaycan Ədliyyə Nazirliyi Mirzə Sakit və Fərəməz Allahverdiyevin aclıq aksiyasına başlaması barədə məlumatı təsdiqləyib

Azərbaycan Ədliyyə Nazirliyi Mirzə Sakit və Fərəməz Allahverdiyevin aclıq aksiyasına başlaması barədə məlumatı təsdiqləyib
# 23 noyabr 2007 11:54 (UTC +04:00)
Penitensiar Xidməti ictimaiyyətlə əlaqələr mərkəzindən APA-ya bildirilib ki, jurnalistlər noyabrın 23-də aclığa başlayıblar. Hər iki jurnalist müəssisənin tibb hissəsinə yerləşdirilib və həkim nəzarətindədir. Qeyd edək ki, iki jurnalistlə birlikdə həmin müəssisədə olan başqa bir məhbus Rustaveli Quliyev də onlara dəstək məqsədi ilə aclığa qoşulub. Jurnalistlər ölkədə söz azadlığının bərpa olunması, insan haqlarına hörmətlə yanaşılması, 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitinin yaxşılaşdırılması, həmçinin yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin rəhbərlərinin həbsxanaya gəlməsini tələb edirlər. Aksiyanın müddətsiz elan olunduğu bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR