Bank Of Baku

Mətbuat Şurası mətbuatda dini mövzuların işıqlandırılması ilə bağlı monitorinq keçirib

Mətbuat Şurası mətbuatda dini mövzuların işıqlandırılması ilə bağlı monitorinq keçirib
# 23 noyabr 2007 12:26 (UTC +04:00)
Mətbuat Şurası Azərbaycan mətbuatda dini mövzuların işıqlandırılması ilə bağlı monitorinq keçirib. APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, monitorinq 1 oktyabrdan başlayaraq noyabrın 15-dək olan dövrü əhatə edib. Monitorinq zamanı bəlli olub ki, bu müddət ərzində ölkə mətbuatında dini mövzuda 645 yazı dərc olunub. Şura sədri deyib ki, yazılardan 96 faizi islam dini, 3,5 faizi başqa dinlər, kiçik bir hissəsi isə dinin başqa sahələri ilə bağlı yazılıb. Ə. Amaşovun sözlərinə görə, islam dini ilə bağlı yazıların təxminən 13 faizi dinin təbliğinə həsr olunub, 79 faiz yazılar isə dini təriqətlərdən bəhs edir. O qeyd edib ki, bu qrup yazıların 90 faizə qədəri vəhhabiliklə bağlıdır. Şura sədri onu da deyib ki, bu kimi yazıların 60-70 faizində mənbə göstərilmir, 20 faizə qədərində isə mənbə kimi İnternet materiallarından kimi istifadə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR