Bank Of Baku

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış dörd iddia üzrə məhkəmə prosesi keçirilib

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış dörd iddia üzrə məhkəmə prosesi keçirilib
# 23 noyabr 2007 15:10 (UTC +04:00)
Bu gün Nərimanov Rayon Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış dörd iddia üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, “AMAY” şirkətinin qaldırdığı iddia üzrə məhkəmə prosesi hakim Sevinc Alıyevanın iclasa gəlməməsi səbəbindən noyabrın 30-na təyin olunub. Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, başçının müavini Qoca Səmədov və rayon ictimaiyyəti adından Qadınlar və Ağsaqqallar şuralarının xüsusi ittiham qaydasında qaldırdığı üç iddia icraatda birləşdirilib. Hakim Asif Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iddialar məhkəmə baxışına qəbul olunub və proses dekabrın 3-nə təyin edilib.
Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi isə noyabrın 27-də keçiriləcək. Ə. Zeynallı Cinayət Məcəlləsinin 283.1-ci (milli irqi sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə rəsmi ittiham olunur. İttihamın irəli sürülməsinə səbəb Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun verdiyi rəydir. Rəydə bildirilib ki, Adolf Hitlerin “Mənim mübarizəm” kitabının tərcümə olunmuş variantında Əvəz Zeynallının Hitlerə rəğbəti hiss olunur. Dağ Yəhudiləri İcmasının rəhbəri Adolf Hitlerin “Mənim mübarizəm” kitabını tərcümə və qəzetdə nəşr etdirdiyinə görə 2004-cü ildə Ə. Zeynallının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldırmışdı. MTN-də həmin vaxt başlanmış cinayət işinə xitam verilsə də, bu ilin avqustunda cinayət işi təzələnib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR