Bank Of Baku

Bu gün ANS-in ad günüdür

Bu gün ANS-in ad günüdür
# 26 noyabr 2007 07:58 (UTC +04:00)
Azərbaycan tarixində ilk müstəqil telekanal olan ANS ölkənin kütləvi informasiya vasitələri tarixinə bir çox yeniliklərə imza atması ilə düşüb. Ölkədə ilk FM radiostansiyası da ANS telekanalı tərəfindən yaradılıb və 1994-cü il mayın 28-də ANS ÇM adı ilə fəaliyyətə başlayıb. Bir çox populyar verilişləri ilə tamaşaçıların rəğbətini qazanan ANS telekanalı Azərbaycanın bütün bölgələrinə, Eurasisat Turksat-2A-peyki üzərindən isə Orta Asiya, Yaxın Şərq, Şərqi Avropa, Rusiya Federasiyasının böyük bir hissəsi, Şimali Afrika ölkələrində yayımlanır. ANS Beynəlxalq Televiziya Birliyinin, Ümumdünya Televiziya Assosiasiyasının, Beynəlxalq Jurnalistlər Assosiasiyasının, Ümumdünya Jurnalistika Həmkarlar İttifaqının üzvüdür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR