Bank Of Baku

Mirzə Sakit və Fərəməz Allahverdiyev aclıq aksiyasını davam etdirir

Mirzə Sakit və Fərəməz Allahverdiyev aclıq aksiyasını davam etdirir
# 26 noyabr 2007 09:40 (UTC +04:00)
14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalistlər Mirzə Sakit və Fərəməz Allahverdiyev aclıq aksiyasını davam etdirirlər. Bu barədə APA-ya M. Sakitin və F. Allahverdiyevin ailəsindən bildirilib. 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ərşad Həsənov APA-ya bildirib ki, məhbuslar aksiyanı dayandırmaqla bağlı rəsmi müraciət etməyiblər. M. Sakit və F. Allahverdiyevin həbsxananın tibb hissəsində saxlandıqlarını bildirən Ə. Həsənov onların səhhətinin normal olduğunu deyib: “Məhbusların hər ikisinin səhhəti həkim nəzarəti altındadır. Onlar maye qəbul edir, siqaret çəkirlər”.
Qeyd edək ki, jurnalistlər ölkədə söz azadlığının bərpa olunması, insan haqlarına hörmətlə yanaşılması, 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitinin yaxşılaşdırılması, həmçinin yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin rəhbərlərinin həbsxanaya gəlməsini tələb edirlər. Onlar aksiyanın müddətsiz olduğunu bəyan ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR