Bank Of Baku

Söz Azadlığını Müdafiə Komitəsi ölkə prezidentinə müraciət edib

Söz Azadlığını Müdafiə Komitəsi ölkə prezidentinə müraciət edib
# 26 noyabr 2007 11:24 (UTC +04:00)
Söz Azadlığını Müdafiə Komitəsi bu gün ölkə prezidenti İlham Əliyevə müraciət edib. Komitədən APA-ya verilən məlumata görə, müraciətdə 10 dekabrın bütün dünyada, o cümlədən Azərbaycanda insan haqları günü kimi qeyd olunduğu bildirilib. Son vaxtlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi təşkilatlar tərəfindən kütləvi aksiyalarla bağlı edilən müraciətlərə mənfi cavab verildiyi və bunun insan haqlarına zidd olduğu vurğulayıb: “Şəhər rəhbərliyi kütləvi aksiyalara təhlükə kimi baxır, əksər hallarda aksiyalara icazə verilmir, verilən cavablar aksiyanın təyin olduğu vaxta bir neçə saat qalmış bəlli olur və bu müraciətlərə bütün hallarda şöbə müdiri səviyyəsində cavab verilir”. Heydər Əliyev tərəfindən də 10 dekabrın Azərbaycanda İnsan haqları Günü kimi qeyd olunması ilə bağlı fərman verildiyini xatırladan müraciət müəllifləri bu günlə bağlı bir sıra tədbirlər keçirməyi planlaşdırıldığını bildirib. Müraciətdə ölkə rəhbərliyindən BŞİH-in kütləvi aksiyalarla bağlı təşəbbüslərə verdiyi cavabları diqqətdə saxlamaq xahiş edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR