Bank Of Baku

“Sənət” qəzetinin həbsdə olan baş redaktorunun səhhəti yenidən pisləşib

“Sənət” qəzetinin həbsdə olan baş redaktorunun səhhəti yenidən pisləşib
# 26 noyabr 2007 14:31 (UTC +04:00)
“Sənət” qəzetinin həbsdə olan baş redaktoru Samir Sədaqətoğlunun vəziyyəti yenidən pisləşib. Bu barədə APA-ya S. Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rasət Prisoylu bildirib. Onun sözlərinə görə, bir qədər əvvəl saxlandığı Xələcdəki 5 saylı həbsxanada tibbi hissədə müalicə olunan S. Sədaqətoğlunun səhhəti ağırlaşıb: “Bu günlərdə yaxınları ona baş çəkib. Onlar bildirib ki, Samir ürəyində və böyrəklərində olan problemlərdən, halsızlıqdan əziyyət çəkir”.
R. Pirisoylu deyib ki, Müdafiə Komitəsi adından jurnalistin saxlandığı həbsxananın rəhbərliyinə onun normal şəkildə müalicə olunması xahişi ilə müraciət olunacaq.
Qeyd edək ki, S. Sədaqətoğlu və onunla birgə həbs olunan yazıçı-publisist Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) ilə ittiham olunaraq, Səbayel Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq, 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR