Bank Of Baku

“Bizim yol” qəzetinin şöbə redaktoruna yeni ittiham irəli sürülməsi gözlənilir

“Bizim yol” qəzetinin şöbə redaktoruna yeni ittiham irəli sürülməsi gözlənilir
# 26 noyabr 2007 16:17 (UTC +04:00)
Noyabrın 27-də “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun cinayət işinin istintaqı yekunlaşacaq. Jurnalistin vəkil Vüqar Xasayev APA-ya bildirib ki, sabah M. Hüseynova yeni ittihamın da irəli sürülməsi gözlənilir: “İttiham irəli sürüldükdən sonra istintaqın başa çatdığı elan olunacaq və bundan sonra cinayət işinin materialları ilə tanışlıq başlayacaq”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov MTN əməkdaşları tərəfindən bu il iyulun 24-də həbs olunub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. O, Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR