Bank Of Baku

Şimal-qərb bölgəsində “Azad Azərbaycan” Televiziyasının yayını dayandırılıb

Şimal-qərb bölgəsində “Azad Azərbaycan” Televiziyasının yayını dayandırılıb
# 28 noyabr 2007 08:47 (UTC +04:00)
Respublikanın şimal-qərb bölgəsində “Azad Azərbaycan” Televiziyasının (ATV) yayını dayandırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, artıq iki gündür ATV kanalının Qax, Zaqatala və Balakən rayonlarında yayımı dayandırılıb. Zaqatala rayon Teleradio Yayım Stansiyasından APA-nın bölgə bürosuna bildirilib ki, ATV-nin bölgədə yayımının dayandırılması texniki səbəblərlə bağlıdır. Stansiyadan verilən məlumata görə, aparılan təmir işləri artıq başa çatmaq üzrədir və kanalın efirə buraxılması bu gün bərpa ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR