Bank Of Baku

Mirzə Sakit və Fərəməz Novruzoğlu aclığı dayandırmaq niyyətində deyil

Mirzə Sakit və Fərəməz Novruzoğlu aclığı dayandırmaq niyyətində deyil
# 28 noyabr 2007 14:14 (UTC +04:00)
14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalistlər Mirzə Sakit və Fərəməz Novruzoğlu aclıq aksiyasını davam etdirirlər. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, aclıq edənlərin səhhəti həkim nəzarəti altındadır.
Fərəməz Novruzoğlunun həyat yoldaşı Tahirə Allahverdiyeva APA-ya bildirib ki, məhbuslar aksiyanı dayandırmaq niyyətində deyillər: “Fərəməzin səhhətindən narahat olduğum üçün bu gün onunla telefon əlaqəsi yarada bildim. O, mənə dedi ki, əvvəlcədən elan etdikləri kimi aksiya müddətsizdir, görüşmək istədikləri şəxslər həbsxanaya gələnə kimi aclıq edəcəklər”.
Qeyd edək ki, jurnalistlər ölkədə söz azadlığının bərpa olunması, insan haqlarına hörmətlə yanaşılması, 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanma şəraitinin yaxşılaşdırılması, həmçinin yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının, MTN və DİN rəhbərlərinin həbsxanaya gəlməsini tələb edirlər. Onlar aksiyanın müddətsiz olduğunu bəyan ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR