Bank Of Baku

Mətbuat Şurası Həsən bəy Zərdabinin anadan olmasının 170, vəfatının 100 illiyi münasibətilə tədbirlər keçirib

Mətbuat Şurası Həsən bəy Zərdabinin anadan olmasının 170, vəfatının 100 illiyi münasibətilə tədbirlər keçirib
# 28 noyabr 2007 15:34 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) milli jurnalistikamızın banisi Həsən bəy Zərdabinin anadan olmasının 170, vəfatının 100 illiyi münasibətilə tədbirlər keçirib. Səhər saat 10:00-da MŞ-nin İdarə Heyətinin üzvləri, BDU-nun jurnalistika fakültəsinin müəllim və tələbələri, media təmsilçiləri H. Zərdabinin Fəxri Xiyabandakı məzarı önünə 170 ədəd tər qərənfil düzüblər. MŞ sədri Əflatun Amaşov müasir jurnalistikamızda onun ənənələrinin davamından söhbət açıb. BDU-nun professoru Şirməmməd Hüseynov H. Zərdabinin alim, jurnalist və mütəfəkkir kimi həyat yoluna nəzər salıb. “Azərbaycan” qəzetinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü, millət vəkili Bəxtiyar Sadıqov yubilyarın irsinin müasirliyindən danışıb. Sonra Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
Saat 15:00-da MŞ-nin ofisində H. Zərdabinin həyat və yaradıcılığı ilə bağlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Professor Şirməmməd Hüseynov çıxışında görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin ictimaiyyətə naməlum olan səhifələrini açıqlayıb. Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili, professor Xanhüseyn Kazımlı Həsən bəyin irsinin nəsillərə çatdırılmasının hər bir vətəndaşın doğma işi olduğunu çıxışında vurğulayıb. Partiyanın maddi dəstəyi ilə çapdan çıxmış H. Zərdabinin “Təbiət və insan” əsəri tədbir iştirakçılarına paylanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR