Bank Of Baku

Mirzə Sakitin həyat yoldaşı hüquq müdafiəçilərini və KİV-i ona və Fərəməz Novruzoğluna baş çəkməyə çağırıb

Mirzə Sakitin həyat yoldaşı hüquq müdafiəçilərini və KİV-i ona və Fərəməz Novruzoğluna baş çəkməyə çağırıb
# 29 noyabr 2007 13:14 (UTC +04:00)
“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova və Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Emin Hüseynli bu gün onun və “Nota-Bene” qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlunun aclıq aksiyası keçirməsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, R. Zahidova bildirib ki, Mirzə Sakitin vəziyyəti ağırlaşıb: “Hər gün həbsxana rəisi ilə danışanda o, mənə Sakitin vəziyyətinin normal olduğunu deyirdi. Amma bu gün çox cəhd eləsəm də, həbsxana rəhbərliyindən heç kim mənimlə danışmadı. Müəssisədən bizə verilən məlumata görə, onun vəziyyəti pisdir”. R. Zahidova hüquq müdafiəçiləri, KİV nümayəndələrini həbsxanada aclıq edənlərə baş çəkməyə çağırıb.
Müdafiə Komitəsinin rəhbəri E. Hüseynli F. Novruzoğlunun həyat yoldaşı Tahirə Allahverdiyevaya istinad edərək bildirib ki, onun da durumu pisləşib. Onun sözlərinə görə, F. Novruzoğlu və M. Sakitin tələbi Ombudsman Elmira Süleymanova, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, hüquq müdafiəçiləri ilə görüşmək istəyirlər. Müraciətdə “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin, APA, “Turan” agentlikləri, BBC və “Azadlıq” radiolarının əməkdaşlarının onların saxlandıqları 14 saylı həbsxanaya gəlməsinə şərait yaradılmasını tələb edirlər. Aksiyaçılar həmçinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ərşad Hüseynovun və həbsxananın digər rəhbər şəxslərinin vəzifələrindən azad olunmalarını da tələbləri sırasına daxil ediblər. Bu müraciət mili təhlükəsizlik naziri Eldar Mahmudov, ədliyyə naziri Fikrət Məmmədov, nazir müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərova ünvanlanıb.
E. Hüseynli onu da deyib ki, aclıq aksiyası başlanandan sonra o, hüquq müdafiəçilərindən məhbuslara baş çəkməyi xahiş etsə də, indiyə qədər bu, baş verməyib. Tədbirdə bildirilib ki, M. Sakit və F. Allahverdiyev və onlara dəstək verən məhbus Rustaveli Quliyev aclıq aksiyasını dayandırmayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR