Bank Of Baku

Qənimət Zahid və Mirzə Sakitin ailələlərinə Soros Fondunun dəstəyi ilə maliyyə yardımı ediləcək

Qənimət Zahid və Mirzə Sakitin ailələlərinə Soros Fondunun dəstəyi ilə maliyyə yardımı ediləcək
# 29 noyabr 2007 13:40 (UTC +04:00)
“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin, onun qardaşı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mirzə Sakitin ailələrinə Söz Azadlığını Müdafiə Fondu tərəfindən maliyyə yardımı ediləcək. APA-nın xəbərinə görə, bu barədə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov Mirzə Sakitin hüquqlarının müdafiəsi ilə bağlı bu gün keçirilən tədbirdə bildirib. Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsinin sədri Emin Hüseynlinin məhbusun ailəsinin maddi durumun ağır olması səbəbindən yardım kampaniyası başlanması təşəbbüsünə münasibət bildirən A. Əhmədov buna ehtiyac olmadığını deyib. O, deyib ki, Söz Azadlığını Müdafiə Fondu Q. Zahid və M. Sakitin ailələrinə Soros Fondunun maliyyə dəstəyi ilə yardım edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR