Bank Of Baku

Mətbuat Şurası baş redaktorların bölgələrə səfərlərinin təşkilinə başlayır

Mətbuat Şurası baş redaktorların bölgələrə səfərlərinin təşkilinə başlayır
# 30 noyabr 2007 17:03 (UTC +04:00)
Dekabrın 1-də bir qrup aparıcı kütləvi informasiya vasitəsinin rəhbərləri Yevlaxda olacaq. Bununla da Azərbaycan Mətbuat Şurasının (MŞ) həyata keçirdiyi layihənin reallaşdırılmasına başlanacaq. MŞ-dan APA-ya verilən məlumata görə, layihədə həmin KİV-lərin baş redaktorlarının vaxtaşırı bölgələrə səfərlərinin təşkili, regionlarda gedən proseslərin geniş və obyektiv işıqlandırılması, medianın ölkə ictimaiyyəti, əsasən də əyalətlə əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur. KİV rəhbərləri Yevlaxda gedən quruculuq prosesləri ilə tanış olacaq, ictimaiyyət nümayəndələri ilə söhbətlər aparacaq, həmçinin öz mətbu orqanları barədə rəyləri öyrənəcəklər. Nümayəndə heyətinin tərkibinə MŞ İdarə Heyətinin üzvləri, 10-dan çox gündəlik qəzetin rəhbərləri daxildir.
Ertəsi gün baş redaktorlar Tərtərdə səfər olacaq, ön cəbhədə xidmət edən əsgərlərə baş çəkəcəklər. MŞ sədri Əflatun Amaşov ilk səfərə əsasən MŞ üzvü olan nəşrlərin cəlb edildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR