Bank Of Baku

“Hüquq-mühafizə orqanları ilə KİV arasındakı münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib

“Hüquq-mühafizə orqanları ilə KİV arasındakı münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib
# 03 dekabr 2007 12:27 (UTC +04:00)
“Jurnalistlər ekstremal şəraitdə” İctimai Birliyinin təşəbbüsü ilə “Hüquq-mühafizə orqanları ilə KİV arasındakı münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları, Səbayel, Nəsimi, Yasamal, Nərimanov rayon polis idarələrinin rəis müavinləri, KİV nümayəndələri və hüquq müdafiəçiləri iştirak edib. Birliyin sədri Firuzə Əsədullayeva dəyirmi masanın ATƏT-in dəstəyi ilə həyata keçirilən iki aylıq layihə çərçivəsində baş tutduğunu deyib. O bildirib ki, məqsəd mətbuatla hüquq-mühafizə orqanları və polis əməkdaşları arasında münasibətlərin yaxşılaşdırılmasına yardımçı olmaqdır. Layihənin eksperti, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov təmsil etdiyi qurumun mətbuatla normal münasibətlər qurulmasına önəm verdiyini söyləyib. Layihənin digər eksperti, hüquq müdafiəçisi Novella Cəfəroğlu polislərin kütləvi aksiyalarda iştirak edən mətbuat nümayəndələrinə zor tətbiq etməsinin yolverilməz olduğunu vurğulayıb. Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli də mətbuat nümayəndələri ilə polis orqanları arasındakı problemlərdən danışaraq deyib ki, polis istənilən situasiyada, o cümlədən kütləvi aksiyalarda jurnalistlərin sərbəst fəaliyyət göstərməsinə şərait yaratmalıdır. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı baş redaktoru olduğu “Ayna”- “Zerkalo” qəzetlərinin əməkdaşının bir neçə il əvvəl keçirilən aksiyada polislər tərəfindən döyülməsi faktını xatırladaraq jurnalistə qarşı zorakılıq edən polislərdən birinin daxili işlər orqanlarından uzaqlaşdırıldığını nəzərə çatdırıb. Yasamal rayon Polis İdarəsinin rəis müavini Samir Hüseynov, Nərimanov rayon Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Elxan İsmayılov, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Emin Hüseynli və Müsavat Partiyasının nümayəndəsi Məmməd Zeynalov mətbuat-polis münasibətləri mövzusunda çıxışlarında münasibətlərin normalaşdırılması ilə bağlı təkliflər veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR