Bank Of Baku

Mətbuat Şurasının üzvləri və media qurumlarının rəhbərləri Yevlax və Tərtərə səfər ediblər

Mətbuat Şurasının üzvləri və media qurumlarının rəhbərləri Yevlax və Tərtərə səfər ediblər
# 03 dekabr 2007 14:47 (UTC +04:00)
Mətbuat Şurası media qurumlarının regionlarla əlaqələrini daha da genişləndirmək məqsədilə yeni layihənin icrasına başlayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, layihədə ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin bölgələrə səfərlərinin təşkili, regional quruculuğa dair dövlət proqramının həyata keçirilməsinin gedişi, əyalət mətbuatı ilə sıx əlaqələrin yaradılması və s. tədbirlər nəzərdə tutulub. Bu məqsədlə Mətbuat Şurasının üzvləri və ölkənin 15-ə yaxın aparıcı qəzetlərinin baş redaktorları dekabrın 1-2-də Yevlax və Tərtərə səfər ediblər. Yevlax şəhər icra hakimiyyətinin binasında ictimaiyyət nümayəndələrinin media təmsilçiləri ilə görüşü keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Yevlaxda “Kür” qəzetinin 5 min tirajla nəşr olunduğunu, qəzetin bina, avadanlıq, nəqliyyatla təmin olunmasını misal çəkərək elə bu cəhətlərinə görə Mətbuat Şurasının media ilə bağlı regional tədbirlərini Yevlaxda keçirdiyini bildirib. Görüşdə çıxış edən Mətbuat Şurasının üzvləri və media qurumlarının rəhbərləri həyata keçirilən layihənin məqsədi barədə iştirakçılara məlumat veriblər. Tərtərdə keçirilən analoji tədbirdə regionlarda fəaliyyət göstərən media qurumlarının üzləşdiyi problemlər və onların aradan qaldırılması ətrafında müzakirələr aparılıb. Görüşdə Tərtər rayonu ilə bağlı hadisələri işıqlandıran kütləvi informasiya vasitələri üçün mükafatların təqdim olunması mərasimi keçirilib. Daha sonra redaktorlar qoşunların təmas xəttində yerləşən hərbi hissədə əsgərlərlə görüşüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR