Bank Of Baku

“Diffamasiya: günümüzün reallıqları” mövzusunda dəyirmi masa keçirilib

“Diffamasiya: günümüzün reallıqları” mövzusunda dəyirmi masa keçirilib
# 04 dekabr 2007 10:17 (UTC +04:00)
Demokratik Jurnalistlər Liqasının təşkilatçılığı ilə “Diffamasiya: günümüzün reallıqları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə jurnalist təşkilatlarının rəhbərləri, baş redaktorlar və diplomatik korpusun nümayəndələri iştirak edib. DJL sədri Yadikar Məmmədli bildirib ki, iki ildir “Diffamasiya haqqında” qanunun qəbul edilməsi məsələsi aktuallaşıb, layihə ictimai müzakirəyə çıxarılıb, 4 regionda dəyirmi masa keçirilib, mövzu kifayət qədər şərh olunub: “Bir sıra ölkələrdə bu qanun çoxdan qəbul olunub və heç bir problem yaranmayıb. Gürcüstanda da vaxtilə bildirirdilər ki, bu qanunun qəbulundan sonra jurnalistlər daha da azğınlaşacaq. Ama belə bir hal baş vermədi ”. Norveç səfirliyinin müşaviri Riçard Sozberq “Diffamasiya haqqında” qanunun vacib olduğunu, bunun dünyada Azərbaycanın mövqeyinin güclənməsinə yardım edəcəyini söyləyib. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə hər gün ayrı-ayrı vətəndaşlardan rəhbərlik etdiyi quruma müxtəlif şikayətlərin daxil olduğunu deyib: “Biz əminik ki, “Diffamasiya haqqında” qanun öz həllini tapacaq, böhtanla bağlı maddə Cinayət Məcəlləsindən çıxarılacaq”. Prezident Aparatı ictimai-siyasi şöbəsinin əməkdaşı Vüqar Əliyev ATƏT-in dəstəyi ilə “Diffamasiya haqqında” qanun layihəsinin hazırlandığını və bunun uzun müddət ictimai müzakirəyə çıxarıldığını xatırladıb. Onun sözlərinə görə, müzakirələr zamanı bu məsələdə ciddi fikir ayrılıqlarının olduğu ortaya çıxıb: “İctimaiyyət birmənalı şəkildə bu qanunun qəbulunu dəstəkləmir. Bəzi məsələlərə görə bu qanunun qəbulu məqsədəuyğun sayılmır. Çünki təhqir olunan şəxs məhkəmənin qərarı ilə razılaşmadıqda problemi qeyri-qanuni üsullarla həll etməyə çalışa bilər. Qanunun qəbulu üçün birinci növbədə jurnalistlərin məsuliyyətinin artırılması təmin edilməlidir”. Toplantıda iştirak edən digər şəxslər də mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR