Bank Of Baku

“Bakı-Xəbər” qəzeti Mətbuat Şurasına üzv olmaq istəyir

“Bakı-Xəbər” qəzeti Mətbuat Şurasına üzv olmaq istəyir
# 04 dekabr 2007 11:13 (UTC +04:00)
“Bakı-Xəbər” qəzeti Mətbuat Şurasına üzv qəbul olunmaq üçün qurumun sədri Əflatun Amaşova müraciət edib. “Bakı-Xəbər”dən APA-ya verilən məlumata görə, qəzetin baş redaktoru Aydın Quliyev bununla bağlı qurumun sədri Əflatun Amaşova müraciətində bildirilib: “Bakı-Xəbər” qəzetinin bu il sentyabrın 4-dən tam müstəqil kursla fəaliyyət göstərdiyini, partiyasız mətbuat orqanı olaraq Mətbuat Şurasının üzvü kimi fəaliyyət göstərməsi sahəsində yeni imkanların açılmasını və qəzet kollektivinin ümumi yığıncaq qərarını nəzərə alaraq, qəzetin Mətbuat Şurası üzvlüyünə qəbul olunması üçün müvafiq hüquqi prosedurları həyata keçirməyinizi xahiş edirəm”. Xatırladaq ki, Mətbuat Şurası yaradılanda bir neçə mətbuat orqanı, o cümlədən “Bakı-Xəbər” qəzeti quruma üzv olmaqdan imtina etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR