Bank Of Baku

2007-ci ilin noyabr ayı üçün ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələri açıqlanıb

2007-ci ilin noyabr ayı üçün ölkədə söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələri açıqlanıb
# 04 dekabr 2007 14:44 (UTC +04:00)
Demokratik Jurnalistlər Liqasının (DJL) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım” adlı layihə çərçivəsində 2007-ci ilin noyabr ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələri açıqlanıb. DJL-dan APA-ya verilən məlumata görə, ötən ay söz və mətbuat azadlığı sahəsində 48 fakt qeydə alınıb. Hesabat dövründə bir KİV-in baş redaktoru Nəsimi Rayon Məhkəməsinin qərarı ilə CM-nin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir KİV-in baş redaktoru barədə Yasamal Rayon Məhkəməsində CM-nin 127 (bədənə az xəsarət yetirmə) və 221-ci (ictimai yerdə xuliqanlıq) maddələri ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Yasamal Rayon Məhkəməsi bir KİV-in təsisçisinin 1 illik icbari cəzaya cəlb edilməsi, baş redaktorunun isə 165 manat cərimə olunması barədə qətnamə qəbul edib. Bir KİV baş redaktoru barəsində Nərimanov Rayon Məhkəməsində CM-nin 283.1 (milli, dini və irqi qarşıdurmanın qızışdırılması) maddəsi ilə qaldırılmış iddia əsasında məhkəmə prosesi başlanıb. Bu müddətdə bir regional televiziyanın açılış mərasimi keçirilib.
Milli Teleradio Şurası tərəfindən lisenziya almaq üçün sənədlər təqdim edilmədiyindən, bir xarici radiostansiyanın yayımının dayandırılması barədə qərar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR