Bank Of Baku

Həbsdə olan jurnalistlərdən bəzilərinin özləri və ailə üzvləri əfv ərizəsi yazıblar

Həbsdə olan jurnalistlərdən bəzilərinin özləri və ailə üzvləri əfv ərizəsi yazıblar
# 04 dekabr 2007 15:52 (UTC +04:00)
Bu barədə APA-ya F. Novruzoğlunun həyat yoldaşı Tahirə Allahverdiyeva məlumat verib. MTN istintaq təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin isə özü əfv ərizəsi yazıb. Bu barədə hələ bir neçə ay öncə jurnalistin vəkili İsaxan Aşurov məlumat verib.
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli ilə əməkdaşı Yaşar Ağazadənin ailələri isə yazdıqları əfv ərizəsini Prezident Aparatına bu il dekabrın 5-də təqdim edəcəklər. Bunu isə “Müxalifət” qəzetinin redaksiyasından bildiriblər.
“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun atası, R. Tağının isə özü əfv ərizəsi yazıblar. Bunu jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rasət Pirsoyu bildirib.
“Azadlıq” qəzetinin əməkdaşları Qənimət və Sakit Zahidov qardaşları isə nə özləri, nə də ailələri əfv ərizəsi yazıblar. S. Zahidovun həyat yoldaşı Rəna Zahidova isə bunu həyat yoldaşını və qaynını günahsız hesab etmələri ilə izah edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR