Bank Of Baku

Mətbuatın İnkişafına Dövlət Yardımı üzrə Strategiyanın hazırlanması üçün işçi qrupu yaradılıb

Mətbuatın İnkişafına Dövlət Yardımı üzrə Strategiyanın hazırlanması üçün işçi qrupu yaradılıb
# 05 dekabr 2007 14:00 (UTC +04:00)
Onun sözlərinə görə, bu məsələ 2007-ci ildə dəfələrlə Mətbuat Şurasının (MŞ) keçirdiyi “dəyirmi masa”ların mövzusu olub. Kütləvi İnformasiya Vasitələri rəhbərlərinin, ekspert və mütəxəssislərin iştirak etdikləri həmin təkliflər ümumiləşdirilərək müvafiq qurumlara göndərilib. MŞ sədri bildirib ki, dünən isə toplanan təkliflərin daha da təkmilləşdirilməsi üçün İşçi Qrupu yaradılıb. Qrupa MŞ İdarə Heyətinin bir neçə üzvü, tanınmış hüquqşünas və iqtisadçılar, ekspertlər, rəsmi qurumların nümayəndələri daxil ediliblər. Onların hazırlayacaqları Mətbuatın İnkişafına Dövlət Yardımı üzrə Strategiyada bu yardımın prinsip, forma və istiqamətləri, o cümlədən reklam bazarının genişləndirilməsi, KİV-lərə kredit və qrantların verilməsi şərtləri öz əksini tapacaq. İşçi Qrupunun ilk toplantısı həftənin sonunda keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR