Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri jurnalistlərin dekabrın 8-nə təyin etdiyi aksiyaya münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri jurnalistlərin dekabrın 8-nə təyin etdiyi  aksiyaya münasibət bildirib
# 05 dekabr 2007 14:06 (UTC +04:00)
“Həmkarlarımın onlara aid məsələləri media müstəvisində, kənar qüvvələrin müdaxiləsi olmadan həll etmələrini istərdim. Praktikada həmin müdaxilələrin qayəsi hamıya məlumdur. Mediada siyasiləşmənin həmişə əleyhinə olmuşam, çünki olayların bu müstəviyə yönəldilməsi heç zaman istənilən effekti verməyib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin bu il dekabrın 8-də keçirilməsi nəzərdə tutulan aksiyası ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.
O vurğulayıb ki, medianın problemləri yalnız həbsdə olan jurnalistlərlə məhdudlaşmır: “Bizə yeni tipli, iqtisadi baxımdan həm siyasi hakimiyyətdən, həm də müxalifətdən asılı olmayan, müstəqil, azad media lazımdır. KİV-lərin maddi durumu yaxşılaşdırılmalı, reklam bazarı təcili genişləndirilməli, jurnalistlərin sosial-məişət problemlərinin həlli, əmək hüquqlarının təkmilləşdirilməsi istiqamətində kəsərli tədbirlər həyata keçirilməlidir. Buna isə yalnız qarşılıqlı anlaşma və dialoq şəraitində nail ola bilərik”. Ə. Amaşov bildirib ki, mitinqə gəldikdə isə bu, hər kəsin hüququdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR