Bank Of Baku

Mətbuat Şurasının üzvləri Cəmil Əlibəyovla görüşüblər

Mətbuat Şurasının üzvləri Cəmil Əlibəyovla görüşüblər
# 06 dekabr 2007 11:51 (UTC +04:00)
Dekabrın 5-də Mətbuat Şurasının sədri Əflatun Amaşov, MŞ sədrinin müavini, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli və “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı görkəmli yazıçı-jurnalist Cəmil Əlibəyovu 80 yaşının tamam olması münasibətilə yaşadığı mənzildə ziyarət ediblər. MŞ-dan APA-ya verilən məlumata görə, görüşdə əsasən KİV-lərimizin tarixi inkişaf yolundan, dünənini və bu gününü səciyyələndirən cəhətlərdən, həmin kontekstdə həllini gözləyən problemlərdən söhbət açılıb, yubilyarın milli jurnalistika və nəsr sahələrindəki öncül yerini müəyyənləşdirən cəhətlərə toxunulub. Qeyd olunub ki, C. Əlibəyov təkcə sanballı əsərlər yaratmaqla kifayətlənməyib, rəhbərlik etdiyi hər bir qəzeti və jurnalı, respublika radiosunu, nəşriyyatı sanballı yaradıcılıq məktəbi kimi tanıda bilib. Görüşdə yubilyara ölkə jurnalistləri adından tər çiçək dəstəsi, Mətbuat Şurasının xatirə hədiyyəsi və Azərbaycan Jurnalistlər Birliyinin diplomu təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR