Bank Of Baku

Söz və mətbuat azadlığının təmin edilməsi tələbi ilə mitinqin keçirilməsinə razılıq verilib

Söz və mətbuat azadlığının təmin edilməsi tələbi ilə mitinqin keçirilməsinə razılıq verilib
# 06 dekabr 2007 11:59 (UTC +04:00)
Mitinq Komitəsinin sədri, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov APA-ya bildirib ki, bununla belə, şəhər rəhbərliyi cavab məktubunda heç bir əsas göstərmədən aksiyanın Ukrayna meydanında keçirilməsini məqsədəuyğun saymayıb, akasiyanın Səbayel rayonu ərazisində “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda keçirilməsinə razılıq verib: “Faktiki olaraq bu, mitinqi pozmaq cəhdidir. Biz aksiyanı Ukrayna meydanına təyin etmişik, hamıya elan olunub, hazırlıq görülüb, amma son anda yer dəyişdirilir. Səbayeldəki meydan çox uzaqdır və həmin yerdə mitinq keçirmək çətindir”. E. Namazov bildirib ki, məsələ ilə bağlı hazırda Mitinq Komitəsinin iclası keçirilir və atılacaq addımlar yaxın saatlarda müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR