Bank Of Baku

“Mətbuat və din” mövzusunda növbəti tədbir keçirilib

“Mətbuat və din” mövzusunda növbəti tədbir keçirilib
# 06 dekabr 2007 12:53 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mətbuat və din” mövzusunda daha bir tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda müxtəlif dini təriqətlərə qanun çərçivəsində sərbəst fəaliyyət imkanı yaradılıb. Şura sədri son vaxtlar din sahəsində baş verən hadisələrin cəmiyyətdə müəyyən narahatlıq yaratdığını, bu narahatlığın mətbuatda da əksini tapdığını deyib. O, son bir neçə ayda mətbuatda dini mövzularda çap edilən yazıların monitorinqini apardıqlarını, həmin yazıların yalnız 17 faizində ilkin mənbəyə istinad edildiyini söyləyib. MŞ sədri gələcəkdə dini mövzuda yazan jurnalistlər üçün İslam Universitetində kurs təşkil olunacağını da əlavə edib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə dini mövzuda yazan jurnalistlərin dərnəyinin yaradılacağını, bu sahədə layihə həyata keçirməyə başladıqlarını açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR