Bank Of Baku

Söz və mətbuat azadlığının təmin edilməsi tələbi ilə təyin olunan mitinq təxirə salınıb

Söz və mətbuat azadlığının təmin edilməsi tələbi ilə təyin olunan mitinq təxirə salınıb
# 06 dekabr 2007 14:25 (UTC +04:00)
Mitinq Komitəsinin sədri, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Səbayel rayonu ərazisində “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunda keçirilməsinə razılıq verməsi barədə məktubu aldıqdan sonra aksiyanın təşkilatçıları həmin yerə baxış keçiriblər: “Biz həmin meydana baxdıq, orada mitinq keçirmək qeyri-mümkündür. Bu əraziyə adamların gedib-qayıtması, toplaşması üçün heç bir şərait yoxdur”. E. Namazov bildirib ki, şəhər rəhbərliyinin mövqeyinə baxmayaraq, onlar aksiya keçirməkdə israrlıdırlar və sabah növbəti aksiya ilə bağlı BŞİH-nə yenidən müraciət edəcəklər. Aksiyanın vaxtı da sabah müəyyənləşəcək.
Qeyd edək ki, ictimai təşkilatlar aksiyanın Ukrayna meydanında keçirilməsi üçün müraciət etsələr də, şəhər rəhbərliyi həmin ərazidə aksiya keçirməyə icazə verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR