Bank Of Baku

Gəncədə “Hüquq-mühafizə orqanları ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib

Gəncədə “Hüquq-mühafizə orqanları ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib
# 10 dekabr 2007 07:40 (UTC +04:00)
Dekabrın 8-də Gəncədə “Jurnalislər Ekstremal Şəraitdə” İctimai Birliyi tərəfindən “Hüquq-mühafizə orqanları ilə kütləvi informasiya vasitələri arasında münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, dəyirmi masada Gəncə şəhər Polis İdarəsinin rəhbər şəxsləri və KİV nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd jurnalistlərlə hüquq-mühafizə orqanları arasında əlaqələrin keyfiyyət baxımından yeni müstəviyə keçməsinə dəstək və eyni zamanda bu munasibətlərin gələcəkdə davam etməsinə yardımçı olmaqdır. Tədbir zamanı polis-jurnalist qarşıdurmasının səbəbləri araşdırılıb və həlli yolları barədə müzakirələr aparılıb. Tədbir zamanı jurnalistlər mövzu ilə əlaqədar fikirlərini qeyd edərək onları narahat edən bu mövzu ətrafinda qarşı tərəflə geniş müzakirələr aparıblar. Qeyd edək ki, “Jurnalislər Ekstremal Şəraitdə” İctimai Birliyi tərəfindən gerçəkləşən bu layihə çərçivəsində analoji dəyirmi masalar Bakı və Xaçmazda da keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR