Bank Of Baku

2007-ci ildə Azərbaycanda diffamasiya ilə bağlı məhkəmə işlərinin monitorinqi ilə əlaqədar illik hesabatın təqdimatı keçirilib

2007-ci ildə Azərbaycanda diffamasiya ilə bağlı məhkəmə işlərinin monitorinqi ilə əlaqədar illik hesabatın təqdimatı keçirilib
# 10 dekabr 2007 11:57 (UTC +04:00)
Media Hüquqları İnstitutunun (MHİ) 2007-ci ildə Azərbaycanda qarayaxma (diffamasiya) ilə bağlı məhkəmə işlərinin monitorinqi ilə əlaqədar hazırladığı illik hesabatın təqdimatı keçirilib. APA-nın xəbərinə görə, MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, sənəd USAİD və Avrasiya Fondunun dəstəyi ilə institutun ekspertləri tərəfindən hazırlanıb. R. Hacılı qeyd edib ki, bu il diffamasiya ilə bağlı məhkəmə iddiaların sayı artıb. Bu rəqəmin 2005-ci ilə müqayisədə 10 dəfə çoxaldığını deyin hüquqşünasın sözlərinə görə, bu il ümumilikdə Azərbaycanda söz azadlığı ilə bağlı 100-dən çox məhkəmə iddiasına baxılıb.
Hesabatda qeyd olunur ki, jurnalistlərə cinayət cəzası istəyən şikayətlərə baxılarkən maddi və prosessual hüquq normaların pozulması hallarına yol verilib. İddiaçılar mətbuatdan və jurnalistlərdən üst-üstə 12 460 684 manat civarında mənəvi dəyər əvəzi ödənc istəyiblər. Məhkəmələr isə iddiaların əsasında mətbuatın, jurnalistlərin üzərinə 942 399 manat ödənc qoyub. Mülki iddialar əsasında jurnalistlərin və mətbuat orqanlarının üzərinə ödənc qoyan 36 məhkəmə qərarı çıxarılıb. Hesabatda tövsiyələr də əksini tapıb və qeyd olunub ki, hakimiyyət Cinayət Məcəlləsinin qarayaxmaya, təhqirə görə cinayət cəzaları nəzərdə tutan maddələrin ləğv etməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR