Bank Of Baku

MTRŞ sabah “Space” telekanalı ilə bağlı monitorinqin nəticələrini müzakirə edəcək

MTRŞ sabah “Space” telekanalı ilə bağlı monitorinqin nəticələrini müzakirə edəcək
# 10 dekabr 2007 12:02 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında milli-mənəvi dəyərlərə, efir mədəniyyətinə əməl olunmasının vəziyyətinə dair apardığı monitorinq davam edir. MTRŞ-dən APA-ya verilən məlumata görə, “Space” telekanalı ilə bağlı aparılan monitorinq yekunlaşmaq üzrədir. Monitorinqin nəticələri sabah qurumun iclasında müzakirə olunacaq.
Qeyd edək ki, MTRŞ indiyə qədər ATV və ANS telekanallarının monitorinqini aparıb və hər iki kanala xəbərdarlıq edib. “Space”dən sonra “Lider”, “Xəzər”, Az.TV və İTV-nin monitorinqi aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR