Bank Of Baku

“Azadlıq” radiosunun Naxçıvan Muxtar Respublikasındakı əməkdaşı İlqar Nəsibov azadlığa buraxılıb

“Azadlıq” radiosunun Naxçıvan Muxtar Respublikasındakı əməkdaşı İlqar Nəsibov azadlığa buraxılıb
# 10 dekabr 2007 16:08 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov APA-ya bildirib ki, Naxçıvan şəhər Məhkəməsində hakim Ülvi İsmayılovun sədrliyi ilə jurnalistin işi üzrə məhkəmə keçirilib. Prosesdə İ. Nəsibovun 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm 1 illik şərti azadlıqdan mərhumetmə cəzası ilə əvəzlənib və jurnalist məhkəmə zalından azadlığa buraxılıb. E. Behbudov deyib ki, İ. Nəsibovun həbsinin araşdırılması ilə bağlı müavini Bayram Sadıqovun Naxçıvana göndərib. B. Sadıqov Naxçıvan Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasında monitorinq keçirib. Orada İ. Nəsibovla görüşən B. Sadıqov jurnalistin saxlanma şəraiti ilə maraqlanıb. B. Sadıqov jurnalistin saxlanma şəraitindən narazı olmadığını, işgəncəyə məruz qalması ilə bağlı məlumatların yalan olduğunu deyib.
Qeyd edək ki, Naxçıvan Şəhər Polis İdarəsinin rəisi Səbuhi Novruzov jurnalistin həbs olunması ilə bağlı iddia qaldırıb. İ. Nəsibov Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə ittiham olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR