Bank Of Baku

Qənimət Zahidin hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib

Qənimət Zahidin hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib
# 11 dekabr 2007 11:05 (UTC +04:00)
Bu gün “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin hüquqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Qənimət Zahidin vəkilləri, hüquqşünaslar, hüquq müdafiəçiləri, siyasi partiyaların nümayəndələri iştirak edib. Hüquqşünas Ənnağı Hacıbəyli Qənimət Zahidin həbsi ilə bağlı arayış hazırlandığını bildirib.
Baş redaktorun vəkili Elçin Sadıqov Qənimət Zahidin girov müqabilində azadlığa buraxılması barədə qaldırılan vəsatətin rədd olunmasına dair məhkəmə qərarının qanunsuz adlandırıb. Q. Zahidin digər vəkili Rəşid Hacılı isə bildirib ki, hətta Q. Zahidin hərəkətlərində hüquq pozuntusu olsa belə, onun barəsində məhkəməyə qədər həbs-qətimkan tədbirinin seçilməsinə ehtiyac yox idi.
“Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu Q. Zahidin müdafiəsi ilə bağlı kütləvi aksiyaların keçirilməsini təklif edib. Ş. Xuduoğlu indiyə qədər aksiyaların təşkil olunmamasına görə, AXCP-ni qınayıb. AXCP sədrinin müavini Fuad Mustafayev isə onun fikirlərini qəbul etmədiyini, partiyanın Q. Zahidin müdafiəsi ilə bağlı əlindən gələni etdiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR