Bank Of Baku

Ağabəy Əsgərov: “Azərbaycan” Nəşriyyatı yaxın gələcəkdə çap və icarə xərclərini qaldırmayacaq”

Ağabəy Əsgərov: “Azərbaycan” Nəşriyyatı yaxın gələcəkdə çap və icarə xərclərini qaldırmayacaq”
# 11 dekabr 2007 11:58 (UTC +04:00)
“Azərbaycan” Nəşriyyatı yaxın gələcəkdə çap və icarə xərclərini qaldırmayacaq. Bu barədə APA-ya nəşriyyatın direktoru Ağabəy Əsgərov məlumat verib. Onun sözlərinə görə, son illərdə yalnız bir dəfə qiymətlərin artırılması halı baş verib ki, bu da enerji daşıyıcılarının qiymətinin bahalaşması ilə bağlı olub. Yaxın gələcəkdə ölkədə enerji daşıyıcılarının qiymətinin artmasının gözlənilmədiyini bildirən A. Əsgərov bu səbəbdən məsələnin gündəmdə olmadığını vurğulayıb: “Bu ilin yanvarda enerji daşıyıcılarının qiymətləri artdı və biz təsərrüfat hesabına işləyən təşkilat olduğumuzdan, analoji addım atmağa məcbur olduq. Bu addımdan sonra nisbətən bərabərlik yarandı və indi başımızı birtəhər dolandırırıq”. A. Əsgərov onu da bildirib ki, hazırda nəşriyyatın binasının daxilində təmir işləri aparılır. Eyni vaxtda bütün otaqlarda təmir aparılması üçün maddi imkanın olmadığını bildirən A. Əsgərov bunu mərtəbə-mərtəbə həyata keçirdiklərini deyib. O, sonrakı mərhələdə binanın xaricinin də təmir olunacağını vurğulayıb. Qeyd edək ki, hazırda nəşriyyatda 170 qəzet, 20 jurnal nəşr edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR