Bank Of Baku

ABŞ səfirinin müşaviri aclıq edən jurnalistlərə baş çəkib

ABŞ səfirinin müşaviri aclıq edən jurnalistlərə baş çəkib
# 13 dekabr 2007 14:14 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka Nestland bu gün “Yeni Müsavat” qəzetinin redaksiyasında aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib. Bu barədə APA-ya aksiyanın iştirakçılarından biri, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. O bildirib ki, bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı, qəzet redaktorları, ictimai təşkilatların təmsilçiləri də aclıq aksiyası keçirən jurnalistlərlə görüşüblər. Baş redaktorun sözlərinə görə, AXCP sədrinin müavini Həsən Kərimov da bu gündən aclığa başlayıb. R. Arifoğlu hazırda onunla birlikdə “Yeni Müsavat”ın yazarı Şahvələd Çobanoğlu, qəzetin əməkdaşları Elşad Məmmədli, Aytən Həsənova və “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin aclığı davam etdirdiklərini deyib.
Qeyd edək ki, jurnalistlər bu aksiyanı “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin dekabrın 8-dən başladığı aclığa dəstək məqsədilə keçirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR