Azərbaycanda Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası təsis edilib

Azərbaycanda Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası təsis edilib
# 14 dekabr 2007 11:28 (UTC +04:00)
Bu gün Azərbaycanda medianın problemlərini aradan qaldırmaq, inkişaf perspektivlərini araşdırmaq məqsədi ilə yeni qurum - Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası təsis edilib. Təşkilatın təsisçiləri Beynəlxalq Avrasiya Mətbuat Fondu, Demokratik Jurnalistlər Liqası, “RUH” Jurnalistləri Müdafiə Komitəsi və Jurnalistlərin Həmkarlar İttifaqıdır. Demokratik Jurnalistlər Liqasından APA-ya verilən məlumata görə, qurumun təsis edilməsi ilə bağlı keçirilən yığıncaqda çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev təşkilatın fəaliyyət dairəsinin geniş olduğunu bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında koalisiyanın yaradılmasını müsbət hal kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR