Bu gün iki jurnalist aclığı dayandırıb, ikisi isə aksiyaya qoşulub

Bu gün iki jurnalist aclığı dayandırıb, ikisi isə aksiyaya qoşulub
# 14 dekabr 2007 11:35 (UTC +04:00)
Jurnalistlərin dekabrın 8-dən aclığa başlayan “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə həmrəylik məqsədi ilə “Yeni Müsavat” qəzetinin redaksiyasında keçirdikləri aclıq aksiyası davam edir. Aksiyanın iştirakçılarından olan Rauf Arifoğlu APA-ya bildirib ki, bu gün hərbi jurnalist Üzeyir Cəfərov və “Bizim Yol” qəzetinin əməkdaşı Samir Kazımlı aksiyaya qoşulub, “Yeni Müsavat”ın əməkdaşları Elşad Məmmədli və Aytən Həsənova isə aclığı dayandırıblar. R. Arifoğlu deyib ki, aksiyaçılar bu gündən yataq rejimində aclıq edirlər. Baş redaktor bu gün ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini Aleks Şahtaxtinskinin, bir sıra media nümayəndəsinin, siyasətçilərin aclıq edənlərə baş çəkdiklərini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR