Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Rusiya Az.TV-nin öz ərazisində yayımına maraq göstərmir, bizim mövqeyimiz də adekvat olacaq”

Nuşirəvan Məhərrəmli: “Rusiya Az.TV-nin öz ərazisində yayımına maraq göstərmir, bizim mövqeyimiz də adekvat olacaq”
# 14 dekabr 2007 13:48 (UTC +04:00)
“Artıq bəllidir ki, Rusiya Azərbaycan televiziyasının həmin ölkədə yayımlanmasına hazır deyil”. Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Qarşılıqlı yayımla bağlı hər iki ölkə işçi qruplarının Moskvada keçirilən görüşündə nəticə əldə olunmamasına münasibət bildirən N. Məhərrəmli Azərbaycan hökumətinin mövqeyini öyrənəndən sonra müvafiq qərar qəbul edəcəklərini açıqlayıb: “Baş nazirin müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti hazırda Moskvada danışıqlar aparır. Onlar qayıtdıqdan sonra Azərbaycan hökumətinin məsələ ilə bağlı mövqeyini öyrənib qəti qərar verəcəyik”. Rusiya qanunvericiliyinin Az.TV-nin Rusiyada yayımlanmasına imkan vermədiyini vurğulayan şura sədrinin sözlərinə görə, qonşu ölkə texniki baxımdan buna hazır deyil və məsələyə ciddi maraq göstərmir: “Bizim mövqeyimiz də adekvat olacaq. Əgər Rusiya qanunvericiliyi bizim kanalın orada yayımına imkan vermirsə, bizim qanunlar RTR-in ölkəmizdə yayımına ondan daha çox imkan vermir. Biz sadəcə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq birtərəfli addım atmaq istəmirdik. Bu hal Rusiya tərəfinin günahı ucbatından yaranıbsa, onlara məxsus kanalın Azərbaycanda yayımı dayandırılacaq. Amma biz tələsmirik və qəti mövqeni öyrənəndən sonra sözümüzü deyəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR