Bank Of Baku

ABŞ-da Azərbaycandakı media azadlığı ilə bağlı məsələ müzakirə olunub

ABŞ-da Azərbaycandakı media azadlığı ilə bağlı məsələ müzakirə olunub
# 15 dekabr 2007 10:50 (UTC +04:00)
ABŞ Konqresi Helsinki Komissiyasının dekabrın 13-də keçirilən iclasında “ATƏT regionunda media azadlığı” mövzuda müzakirələr keçirilib. Müzakirələr çərçivəsində Azərbaycandakı media azadlığı ilə bağlı məsələ ilə bağlı da danışılıb. APA-nın Helsinki Komissiyasının veb-saytına istinadən verdiyi məlumata görə, müzakirələrdə Azərbaycanda “ Diffamasiya haqqında” qanunun qəbulunun vacibliyi, böhtana görə həbsin aradan qaldırılması ilə bağlı dəfələrlə müraciət olunduğu qeyd edilib. Azərbaycanda həbsdə olan jurnalistlərin sayının artmasından narahatlıq ifadə olunan müzakirələrdə Azərbaycan hökuməti media ilə bağlı məsələlər yenidən baxmağa çağırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR