Bank Of Baku

Qənimət Zahidə dəstək məqsədilə aclıq edənlər də aksiyanı dayandırıblar

Qənimət Zahidə dəstək məqsədilə aclıq edənlər də aksiyanı dayandırıblar
# 15 dekabr 2007 13:03 (UTC +04:00)
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu APA-ya bildirib ki, aksiya Müsavat başqanı İsa Qəmbər və Qənimət Zahidin müraciəti əsasında dayandırılıb. Q. Zahidin aclığı dayandırmaqla bağlı jurnalistlərə müraciət etdiyini deyən R. Arifoğlu qeyd edib ki, baş redaktor müraciətində onunla həmrəy olan jurnalistlərə təşəkkürünü bildirib. R. Arifoğlu aclıq aksiyasının keçirməklə məqsədlərinə çatdıqlarını vurğulayıb: “Biz məqsədimizə çatmışıq, aksiya Qənimət Zahidə dəstək məqsədilə keçirilirdi. Həm də bu həftə ərzində dünyanın diqqətini Azərbaycana cəlb edə bildik”.
Qeyd edək ki, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid özünün və digər jurnalistlərin həbsinə etiraz olaraq keçirdiyi aclığı bu gün dayandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR