“Müxalifət” qəzetinin həbsdə olan əməkdaşı Yaşar Ağazadə də aclığı dayandırıb

“Müxalifət” qəzetinin həbsdə olan əməkdaşı Yaşar Ağazadə də aclığı dayandırıb
# 17 dekabr 2007 09:28 (UTC +04:00)
“Müxalifət” qəzetinin həbsdə olan əməkdaşı, 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Yaşar Ağazadə dekabrın 13-dən başladığı aclıq aksiyasını dekabrın 15-də dayandırıb. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki, Y. Ağazadə “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin keçirdiyi aclığa dəstək olaraq bu addımı atmışdı. Əlavə edək ki, Q. Zahid və onunla həmrəy olan jurnalistlər də aclığı dekabrın 15-də dayandırıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR