Bank Of Baku

Jurnalist araşdırmaları ilə bağlı kiçik qrant layihələrinin qalibləri elan olunub

Jurnalist araşdırmaları ilə bağlı kiçik qrant layihələrinin qalibləri elan olunub
# 17 dekabr 2007 10:38 (UTC +04:00)
Elmar Hüseynov Fondu ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi layihənin birinci mərhələsinə yekun vurub. APA-nın xəbərinə görə, bu gün layihə çərçivəsində araşdırma aparacaq qalib jurnalistlərin adları açıqlanıb. Fondun həmtəsisçisi Şahbaz Xuduoğlu layihələrin beş münsif və iki ekspert tərəfindən qiymətləndirildiyini deyib. Onun sözlərinə görə, araşdırma aparacaq qəzet jurnalistləri üçün 300, televiziya və radio jurnalistləri üçün 500 ABŞ dolları məbləğində vəsait ayrılıb. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik bu layihənin həyata keçirilməsinin digər araşdırmaçı jurnalistlər üçün də nümunə olacağını vurğulayıb. O, ABŞ səfirliyinin müstəqil mətbuata dəstək verməkdə davam edəcəyini deyib. Daha sonra layihənin qaliblərinin adları açıqlanıb və layihələrə ayrılan pullar sahiblərinə təqdim olunub. Layihənin qaliblərindən Qanturalının hicab problemi ilə bağlı araşdırma aparacağının elan olunması tədbir iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu Qanturalının İslam dinindən imtina etdiyini nəzərə alaraq, onun bu mövzuda araşdırma aparmasına etiraz edib: “Heç kim Elmarın adı ilə iyrənc eksperimentlər aparmamalıdır”. Elmar Hüseynov Fondunun rəhbərliyi bu etirazın müzakirə olunacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR