Bank Of Baku

“Hüquq-mühafizə orqanları ilə KİV arasında münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib

“Hüquq-mühafizə orqanları ilə KİV arasında münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib
# 17 dekabr 2007 12:40 (UTC +04:00)
Bu gün “Jurnalistlər ekstremal şəraitdə” İctimai Birliyinin təşəbbüsü ilə “Hüquq-mühafizə orqanları ilə KİV arasında münasibətlərin tənzimlənməsi yolları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, birliyin sədri Firuzə Əsədullayeva tədbirin ATƏT-in dəstəyi ilə həyata keçirilən iki aylıq layihə çərçivəsində baş tutduğunu deyib. Onun sözlərinə görə, layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz şəhərlərində bir sıra tədbirlər həyata keçirilib. Tədbirlərin keçirilməsində məqsəd mətbuatla hüquq-mühafizə orqanları, polis əməkdaşları arasında münasibətlərin yaxşılaşdırılmasına yardımçı olmaqdır. ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero Ansola layihənin mətbuat işçiləri ilə polis arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsini məqsədəuyğun sayıb. ATƏT təmsilçisinin sözlərinə görə, layihə çərçivəsində işlərin davam etdirilməsi, rayon və şəhər polis idarələrində ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması və baş verən hər hansı hadisəsən sonra məsul şəxslər tərəfindən ictimaiyyətə məlumat verilməsi kimi təkliflər irəli sürülüb. Layihənin eksperti, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov təmsil etdiyi qurumun mətbuatla normal münasibətlər qurulmasına önəm verdiyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR