Bank Of Baku

Azərbaycan KİV-ində hərbi-vətənpərvərlik mövzusunda gedən materialların müsabiqəsi keçiriləcək

Azərbaycan KİV-ində hərbi-vətənpərvərlik mövzusunda gedən materialların müsabiqəsi keçiriləcək
# 18 dekabr 2007 09:12 (UTC +04:00)
Gələn ildən Azərbaycanın kütləvi informasiya vasitələrində hərbi-vətənpərvərlik mövzusunda gedən materialların müsabiqəsi keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirilib. Novruz bayramı ərəfəsində yekunlaşacaq müsabiqənin təşkilatçıları Mətbuat Şurası və Tərtər rayon İcra Hakimiyyətidir. Ə. Amaşov deyib ki, müsabiqənin keçirilməsi ideyası aparıcı KİV rəhbərlərinin sərhədyanı bölgəyə təşkil etdiyi səfər zamanı irəli sürülüb və qərara gəlinib ki, tədbirə ölkədə fəaliyyət göstərən bütün yazılı və elektron media cəlb olunsun. MŞ sədrinin sözlərinə görə, həmin müddətdə hərbi-vətənpərvərlik mövzusunda işıq üzü görən materialların monitorinqi aparılacaq. Qaliblər 5 nəfərdən ibarət Münsiflər Heyətinin rəyi əsasında müəyyənləşdiriləcək, mükafatlar Tərtərdə keçiriləcək “Media festivalı”nda təqdim olunacaq. Ə. Amaşov bildirib ki, aparılan monitorinqlər bu mövzunun Azərbaycan mediasında kifayət qədər işıqlandırılmadığını göstərir: “Halbuki reallıq bunun əksini tələb edir. Cəmiyyətdə ruh yüksəkliyinin, döyüşçülərimizin qələbə əzminin artırılmasına mediamız öz publisistik sözü ilə köməklik göstərməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR